“Fikrimcə, Almaniya Avropa çempionatının favoritidir”.
Korner.az-ın məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis vətənində Avro-2012-də sabiq komandasının final mərhələsində şanslarını dəyərləndirib. Foqts bildirib ki, Almaniya millisi əla oyunçulardan qurulub: “Bizim komandamız dünyada ən güclüdür. Hazırda heyətdə möhtəşəm oyunçular cəmləşib. İndi bunu qələbə ilə sübut etmək lazımdır”.
Qeyd edək ki, Almaniya futbolçuları Portuqaliya, Hollandiya və Danimarka milliləri ilə eyni qrupdadırlar.
