Ölkə futbolu

Berti Foqts: ” Azərbaycan futbolunun orta Avropa səviyyəsinə çatması üçün bizə 4-5 il vaxt lazımdır”

10.05.2012 , 17:14

"Mən demişəm ki, Azərbaycan futbolunun orta Avropa səviyyəsinə çatması üçün bizə 4-5 il vaxt lazımdır. Biz bu inkişafa sürətlə nail ola bilmərik". 

Korner.az-ın məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib. Almaniyalı çalışdırıcı FİFA-nın rəsmi saytına verdiyi açıqlamada Azərbaycan futbolu haqda daha sonra bunları deyib:

"Burada futbol çox populyar oyundur. Güləş və ağır atletika da idman növləri arasında liderdir. Mən də Futbol Federasiyasına kömək etmək məqsədilə milli komandanın baş məşqçi vəzifəsini üzərimə götürmüşəm.

Bu ölkənin böyük ambisiyası var. Çünki Azərbaycan Avro-2016-nın final mərhələsində iştirak etməyi planlaşdırır. Mən gənc futbolçulara demək istəyirəm ki, onlar mümkünsüzü mümkün edə bilərlər. Buna misal olaraq Rauf Əliyev və Vüqar Nadirov tandemini söyləmək olar".

Son yazılar

Yuxarı