“Bernli” onun transfer hüquqlarını aldı
11.05.2023 , 23:52

“Bernli” mövsümün əvvəlində Münhenqladbax “Borussiya”sından icarəyə götürdüyü Yordan Beyerin transfer hüquqlarını alıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Çempionşip təmsilçisi futbolçunun transferi üçün qarşı tərəfə 15 milyon avro ödəyib.
Onunla 4 illik müqaviləyə imza atılıb.
