“Rəqib baş məşqçini qələbə münasibəti ilə təbrik edirəm. Oyundan əvvəl heyətdə bəzi problemlərimiz var idi".
Korner.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Bernhard Raab "Bakı" ilə kubok oyunundan sonra deyib.
Alman mütəxəssis məğlubiyyəti normal qarşıladığını dilə gətirib:
"Qapımızda gördüyümüz iki qolda müdafiəçilərim pis oynadı. Lakin ikinci hissədə “Sumqayıt” yaxşı oyun nümayiş etdirdi. Heyəti nəzərə alsaq, qeydə alınan nəticəni ədalətli saya bilərik”.
