Topaz Premyer Liqasının IX turunda "Rəvan" səfərdə "Sumqayıt"ı minimal hesabla məğlub etdi – 1:0.
Korner.az-ın məlumatına görə, məğlub komandanın baş məşqçisi Bernhard Raab oyundan sonra keçirilən mətbuat konfransında məğlubiyyətə elə şərh verdi:
"Komandamın oyunundan razı qalmadım. Çox pis oyun nümayiş etdirdik. Məğlub olmalı deyildik. Mərkəz xəttdə problemimizin olduğu açıq-aşkar görünürdü. Təəssüf ki, məğlub olduq".