"Maraqlı oyunun şahidi olduq"
Korner.az-ın məlumatına görə, “Sumqayıt” klubunun baş məşqçisi Bernhard Raab Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən AZAL-"Sumqayıt" oyunundan sonra öz fikirlərini bildirib.
“Keçən turdakı məğlubiyyətdən sonra bu oyuna daha ciddi hazırlaşmışdıq. Hər iki komanda hücum futbolu oynadı. AZAL-ın qol vurmaq üçün imkanı bizdən daha çox idi. Bir xal qazana bildik, hər iki komandanı təbrik edirəm”.
