Bernardo Silva La Liqanı seçir
20.02.2026 , 13:55
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanın yayda klubunu dəyişmək ehtimalı artır.
Korner.az xəbər verir ki, 31 yaşlı futbolçunun xidmətində “Barselona” və “Atletiko Madrid” ciddi maraq göstərir.
Portuqaliyalı oyunçunu “Yuventus” və “Monako” da izləyir. Buna baxmayaraq, Silva karyerasını daha çox İspaniya çempionatında davam etdirməyə isti yanaşır.
Xatırladaq ki, təcrübəli yarımmüdafiəçi 2017-ci ildən “Mançester Siti”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 35 matçda meydana çıxıb, 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.