Bernardo Silva İspaniyaya üz tutur
14.01.2026 , 16:45
İngiltərənin “Mançester Siti” klubunun kapitanı Bernardo Silva karyerasını İspaniyada davam etdirə bilər.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona”portuqaliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Silvanın İngiltərə klubu ilə müqaviləsi yayda başa çatacaq.
“Barselona” isə 31 yaşlı futbolçu ilə yanvar ayında danışıqlara başlamağı düşünür.
Bernardo Silva, bu mövsüm 31 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.