"Sumqayıt" klubunun baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən "Neftçi" ilə qarşılaşmadan sonra fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, baş məşqçi "Neftçi" üçün meydanda rəqib olmadığını deyib. "8 dəqiqəyə məsələ həll olunmuşdu. Bir oyundan sonra isfeta qərarı verilmir. 4 əsas oyunçumuz yox idi.
Amma məğlubiyyətimizin yeganə səbəbi bu deyildi. Səbəblərdən biri idi. Məsuliyəti, təbii ki, öz boynuma götürürəm.
Bu gün 13 futbolçumuz var, büdcəmiz imkan vermir ki, heyətimiz daha geniş olsun", – deyə baş məşqçi bildirib.
