“Milan”ın baş məşqçisi Massimiliano Alleqri yeni mövsümdən “Roma”nı çalışdıracaq.
Korner.az-ın məlumatına görə, bu barədə klub prezidenti Silvio Berluskoni açıqlama verib.
Berluskoni İtaliya mətbuatına verdiyi açıqlamada “Alleqri “Roma” ilə müqavilə bağlayacaq. Bu barədə bütün məsələlərə “Kyevo” ilə oyundan sonra aydınlıq gələcək”, deyə bildirib.
Alleqri “Milan”a 2010-cu ildə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında “rossonyerlər” 2011-ci ildə ölkə çempionluğu və Superkuboku qazanıb.