Berke Özer daha 1 il Belçika klubunda
27.06.2020 , 19:00
“Fənərbağça”nın futbolçusu Berke Özer 2020/21mövsümünü də icarə əsasında Belçikanın “Vesterlo” klubunda keçirəcək.
Korner.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Fənərbağça” 20 yaşlı qolkiperi 2019-cu ilin yayında “Vesterlo”ya icarəyə vermişdi.