Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində öz meydanında "Qəbələ" ilə qarşılaşan "Sumqayıt" iddialı rəqibinə minimal hesabla məğlub olub.
Korner.az-ın məlumatına görə, "Sumqayıt"ın alman bş məşqçisi Berhard Raab məğlubiyyətə belə şərh verib:
"Oyun boyu komandam daha effektiv oynadı, qol imkanları yaratdıq, lakin yararlana bilmədik. Futbolçularıma qol imkanlarından istifadə etmək üçün təcrübə çatışmır”.
