“Mançester Yunayted” və “Tottenhem” kimi klubların şərəfini qorumuş Dimitar Berbatov futbola qayıtmaq istədiyini bildirib.
Korner.az-ın məlumatına görə, hal-hazırda azad agent olan oyunçu: “Oynamaq istəyirəm. “Sanderlend”in bir neçə nümayəndəsi ilə görüşmüşəm. Hələ ki, dəqiqləşən bir şey yoxdu. Fiziki cəhətdən çox yaxşıyam, özümü formada hiss edirəm. Futbol mənim həyatımdı. Hələ də oynamaq istəyirəm”.
Xatırladaq ki, sonuncu dəfə “Panatinaykos” klubunun şərəfini qoruyan 36 yaşlı hücumçu 2016-cı ildə komandadan ayrılıb.
