Berardi ciddi zədə aldı – “Sassuolo” ulduz hücumçusunu 2025-ci ilin sonunadək itirdi
03.12.2025 , 10:30
“Sassuolo”nun hücum xəttinin lideri və komandanın əsas bombardiri Domeniko Berardi aldığı orta dərəcəli zədə səbəbi ilə 2025-ci ilin sonuna qədər meydana çıxmayacaq.
Korner.az xəbər verir ki, klubun mətbuat xidməti Berardinin durumunun düşündürücü olduğunu bildirib.
İtaliyalı futbolçu A Seriyasında “Komо”ya qarşı keçirilən oyunun ikinci hissəsinin əvvəlində zədələnərək meydanı tərk edib. “Sassuolo” həmin matçda 0:2 hesabı ilə uduzub.
Berardinin ən azı beş görüşü buraxacağı gözlənilir. Baş məşqçi Fabio Qrosso isə bu müddətdə hücum xəttindəki boşluğu kompensasiya etməlidir. Buna baxmayaraq, komanda Berardinin 2026-cı ilin yanvarında “Yuventus”la qarşılaşmaya qədər tam sağalaraq geri dönəcəyinə ümid edir.
31 yaşlı futbolçu 2012-ci ildən “Sassuolo”nun şərəfini qoruyur və İtaliya millisində 28 oyunda iştirak edib.