“Beqoviçi yığmaya dəvət etməyi düşünürdüm” – Prosineçki
01.11.2019 , 12:49

Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki AÇ-2020-nin seçmə mərhələsinin İtaliya və Lixtenşteynlə oyunlar üçün “Qarabağ”ın qapıçısı Asmir Beqoviçə dəvət yollamadı.
Korner.az xəbər verir ki, mütəxəssis qərarını belə izah edib:
“Beqoviçi yığmaya dəvət etməyi düşünürdüm. O, Avropa Liqasında yaxşı çıxış edən “Qarabağ”a keçdi. Yığmada ona da yer olacaq. Beqoviç və digər futbolçular kənarda qalsa da, o demək deyil ki, daha yığmaya dəvət almayacaqlar. Sadəcə, onlar hazırda 25 nəfərlik heyətə düşməyə tam hazır deyillər”.
