Futbol

Beqoviç: “Möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür edirəm”

20.09.2019 , 17:12

“Qarabağ”ın qapıçısı Asmir Beqoviç Avropa Liqasının qrup mərhələsinin I turunda “Sevilya”ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra “Twitter” hesabında azarkeşlərə təşəkkür edib.

Korner.az xəbər verir ki, qolkiper oyunların hələ qarşıda olduğunu bildirib:

“Dünən axşam möhtəşəm komandaya qarşı oynadıq və ağır məğlubiyyət aldıq. Hələ oynayacağımız çox matç var və biz davam edirik. Möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür edirəm”.

Son yazılar

Yuxarı