Benzia ən yaxşılar arasında
15.12.2023 , 10:11
UEFA Avropa Liqasında qrup mərhələsinin VI turunun ən yaxşı qolu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, siyahıda “Qarabağ”ın futbolçusu Yassin Benzianın “Hekken”ə vurduğu qol da yer alıb.
Digər namizədlər İngiltərənin “Brayton” komandasından Joau Pedro, Fransanın “Renn” klubundan Lorents Assinyon və Yunanıstanın “Olimpiakos” kollektivindən Daniel Podensedir.
Qalib UEFA-nın rəsmi saytında səsvermə səsvermə nəticəsində müəyyənləşəcək.