Benzemanın yeni klubu
03.02.2026 , 10:00
Səudiyyə Ərəbistanında səs-küylü transfer reallaşıb.
Korner.az xəbər verir ki, “Əl-İttihad”ın hücumçusu Kərim Benzema klubunu dəyişərək “Əl-Hilal”a keçib.
38 yaşlı fransalı futbolçu ilə 18 aylıq müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Benzema 2023-cü ilin yayından “Əl-İttihad”da çıxış edirdi. Təcrübəli hücumçu karyerası ərzində “Lion” və “Real Madrid” kimi klubların da formasını geyinib.