Benzemanın barmağı qırıldı
14.01.2019 , 10:22

İspaniya La Lqiasının 19-cu turunda “Betis”lə oyunun ilk hissəsində zədələnərək meydanı tərk edən “Real”ın futbolçusu Kərim Benzemanın durumu məlum olub.
Fransalı hücumçunun əl barmağı qırılıb. Onun hansı müddətə sağalacağı hələlik bəlli deyil.
Qeyd edək ki, bu, Madrid klubunda zədələnən 7-ci futbolçudur. Hazırda Tibo Kurtua, Marko Asensio, Qaret Beyl, Toni Kross, Xavyer Sançes və Mariano Dias da zədədən əziyyət çəkir.
