Benzemadan sonra İlkay
08.06.2023 , 17:12

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Korner.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Xəbərə görə, futbolçuya illik 27 milyon avro qarşılığında 3 illik müqavilə təklif edilib.
Digər tərəfdən, Benzemadan sonra N’Qolo Kantenin “Əl-İttihad”a transferinin qısa müddətdə rəsmiləşməsi gözlənilir.
Mina Musayeva
