Benzemadan “Real”a qayıdış siqnalı
18.11.2025 , 12:30
“Əl-İttihad”ın hücumçusu Kərim Benzema “Real Madrid”ə qayıdışı ilə bağlı ehtimallardan danışıb.
Korner.az xəbər verir ki, fransalı forvard öz açıqlamasında belə deyib:
“Florentino Peres hələ də “Real”da olduğu müddətdə bu, mümkündür. “Real”a heç vaxt “yox” deyə bilmərəm. Mən madridliyəm, bunu ürəyimdə hiss edirəm. Madrid hələ də mənim şəhərimdir. Nə baş verəcəyini gözləyək.”
Qeyd edək ki, 37 yaşlı hücumçu 2023-cü ildən “Əl-İttihad”da forma geyinir və hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.