Benzemadan debütdə het-trik, “Əl-Hilal”dan 6:0-lıq qələbə
06.02.2026 , 11:30
Səudiyyə Ərəbistanı Pro Liqasında 21-ci turun qarşılaşmasında “Əl-Hilal” səfərdə “Əl-Ohdud”la üz-üzə gəlib.
Korner.az xəbər verir ki, görüş qonaq komandanın 6:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Matçın əsas qəhrəmanı “Əl-Hilal”ın heyətinə yeni qoşulan Kərim Benzema olub. Fransalı hücumçu oyunda üç dəfə fərqlənərək yeni komandasında ilk matçında het-trikə imza atıb.
Bu nəticədən sonra “Əl-Hilal” aktivinə 50 xal yazdıraraq turnir cədvəlinin zirvəsindəki mövqeyini qoruyub.