Çempionlar Liqaasının qrup mərhələsinin sonuncu turunda Dortmund “Borussiya”sı ilə oyun (2:2) “Real”ın futbolçusu Kərim Benzema üçün əlamətdar olub.
Korner.az-ın məlumatına görə, sözügedən matçda dubla imza atan 28 yaşlı hücumçu ÇL-də vurduğu qolların sayını 50-yə çatdırıb.
Bununla da o, ÇL-in bombardirlər siyahısında 5-ci pilləyə yüksəlib.
