Benzema yeni klubu ilə müqavilə imzaladı
05.06.2023 , 16:11

“Real”dan ayrılan Kərim Benzemanın “Əl-İttihad” klubuna keçəcəyi gözlənilir.
Korner.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Onun xəbərinə görə, 35 yaşlı hücumçu Səudiyyə Ərəbistanı təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.
Keçidin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
Mina Musayeva
