Benzema Ronaldonu geri də qoydu
22.04.2019 , 13:00

Madridin “Real” klubunun futbolçusu Kərim Benzema diqqət mərkəzinə düşüb.
İspaniya çempionatının 33-cü turunda Bilbaonun “Atletik” klubunu qəbul edən “kral klubu” 3:0 hesabı ilə qələbə qazanıb. Hər 3 qolun müəllifi olan Kərim Benzema qollarının sayını 20-ə çatdırıb. Bununla da, fransalı hücumçu sabiq komanda yoldaşı Kriştiano Ronaldonu qol sayında üstələyib.
Qeyd edək ki, Ronaldo bu mövsüm İtaliya çempionatında 19 qol vurub.
