Benzema: “Real”ın yeni lideri özüməm”
25.02.2019 , 18:53

“Real Madrid” klubunun fransalı hücumçusu Kərim Benzema komandadakı vəziyyətindən danışıb.
31 yaşlı hücumçu “France Football” dərgisinə açıqlamasında hazırki vəziyyətindən razı olduğunu bildirib.
“Hazırda özümü çox yaxşı hiss edirəm. Əvvəllər Ronaldo üçün oynayırdım. Meydanda tez-tez onu görməli, ona görə oynamalı idim. Şübhəsiz, bu mənim oyunuma təsir edirdi. Ronaldonun gedişi mənim üçün düşərli oldu. İndi meydanda daha rahatam və özümü komandanın lideri kimi hiss edirəm.”
Qeyd edək ki, Kərim Benzema bu mövsüm 40 oyuna rəqib qapılara 20 top vurub.
