Kərim Benzema “Real”dan ayrılmayacaq.
Korner.az-ın məlumatına görə, bu barədə Madrid klubunun prezidenti Florentino Peres məlumat verib. O deyib ki, fransalı hücumçu ilə müqavilənin müddətini uzadacaqlar.
“Real”ın Benzema ilə 4 və ya 5 illik yeni müqavilə imzalayacağı gözlənilir.
