Futbol

Benzema: “Mourinyo hər zaman məndən şikayət etdi”

28.05.2012 , 11:38

Fransa millisinin və Madrid "Real"ının futbolçusu Kərim Benzema Joze Mourinyo haqda maraqlı açıqlamalar verib. Korner.az-ın məlumatına görə, forvard "kral" klubunun portuqaliyalı çalışdırıcı barədə jurnalistlərə: "Mourinyo heç vaxt məndən əlini üzmədi. Məni meydana buraxmadı, çətin məşqlərdən keçdim. Mətbuat konfranslarında hər zaman məndən şikayət etdi. Lakin  Mourinyo hər an mənə güvəndi. Məni əsəbləşdirərək oyunlara motivasiyamı yüksəltdi və nəticədə istədiyinə nail oldu" – dedi.

Son yazılar

Yuxarı