Fransa millisinin hücumçusu Karim Benzema Almaniya ilə 1/4 final matçından sonra açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, Əlcəzayir əsilli futbolçu komandası ilə fəxr edir:
“Turnirlə erkən vidalaşdığımıza görə təəssüflənirik. Tam gücümüzü ortaya qoyduq, lakin qol vura bilmədik. İlk hissə çətin alındı. Fasilədən sonra daha kəsərli hücumlar qursaq da, almanların güclü qapıçısı var idi. Almaniya – dünyanın ən güclü yığmalarından biridir, bizim komandadan isə bundan öncə heç kim 1/4 finalda çıxış etməyib.
Öz oyunumdan razı qaldım. Növbəti mərhələyə keçmək istəyirdik. Buna baxmayaraq, fəxr edə bilərik”
