Benzema: “Adımı qızıl hərflərlə klub tarixinə yazdıracam”
27.07.2018 , 17:09

Kərim Benzemanın “Real” klubundan ayrılacağına dair iddialar baş alıb gedir
Futbolçu nəhayət, bu barədə İspaniya mətbuatına açıqlama verib. O bildirib ki, “Real”dan getmək fikri yoxdur: “Mən “Kral” klubundayam və buna görə də xoşbəxtəm. Burda qalacam və ən yaxşı mövsümümü keçirəcəm. Adımı qızıl hərflərlə klub tarixinə yazdıracam”.
Qeyd edək ki, K.Benzema ötən mövsüm 47 matçda 12 qol vurub, 11 qolun ötürməsini verib.
