Benjamin Mendinin yeni ünvanı
12.02.2025 , 12:57

“Mançester Siti”nin sabiq müdafiəçisi Benjamin Mendinin yeni ünvanı bəlli olub.
Korner.az xəbər verir ki, o, karyerasını İsveçrədə davam etdirəcək.
Fransız futbolçu sözügedən ölkənin “Sürix” klubu ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı oyunçu ilə 1,5 illik müqavilə imzalanıb.
