2015/2016 mövsümünün yekununa əsasən İngiltərə Premyer Liqasını tərk edən “Nyukasl”ın yeni baş məşqçisi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, komandanı yeni mövsümdən Rafael Benites çalışdıracaq.
İspaniyalı mütəxəssislə rəhbərlik arasında razılıq əldə olunub və yaxın günlərdə Beniteslə 3 illik müqavilə imzalanacaq.
