“Napoli”nin baş məşqçisi Rafa Benites Joze Mourinyonu tənqid edib.
Korner.az-ın sports.ru-ya istinadən verdiyi məlumata görə, o bu fikirləri səsləndirib:
“Mourinyo insanlar haqqında çox danışır. Mən isə əksinə faktlardan danışmağa üstünlük verirəm. “Liverpul” mənim vaxtımda onun “Çelsi”sisini ÇL-dən kənarda qoymuşdu. Nəzərə alaq ki, o vaxtkı “Çelsi”də ulduzlar oynayırdı və komandanın ən yaxşı vaxtları idi”.
“O üç il “Real”da çalışdı. Həmin müddət ərzində ÇL kubokunu qazana bilmədi. Üç ildə nə qazanıb ki?. Bəlkə Oskar və Hazardı 360 milyon avroya satıb bir komanda qura və ondan sonra uğur qazana bilər”.
