“Hər iki matçda çoxlu qol epizodları yaratsaq da, cəmi bir dəfə fərqləndik. Bu şansları dəyərləndirə bilmədiyimiz üçün məyusam”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Napoli”nin baş məşqçisi Rafael Benites Avropa Liqasının yarımfinalında “Dnepr”ə 0:1 hesabı ilə uduzduqları cavab oyununda sonra deyib:
“Ancaq günahı hakimdə axtarmağın mənası yoxdur. Çünki biz yaratdığımız qol fürsətlərindən düzgün istifadə edə bilmədik. Xüsusilə də İquain hər iki oyunda qol imkanlardan yararlana bilmədi. Daha yaxşı oynayıb finala yüksələ bilərdik. Bunu bacarmağımız üçün məyusam”, – fikirlərini də deyən Benite rəqibə uğurlar arzulayıb.
