UEFA növbəti dəfə Əliyar Ağayevə etimad göstərib.
Korner.az-ın məlumatına görə, FIFA referisi UEFA Gənclər Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək ÇSKA (Moskva) – "Benfika" matçını idarə edəcək.
Ona bu işdə Akif Əmirəli ilə Rza Məmmədov yardım edəcək. Dördüncü hakim funksiyasını isə Aleksandra Ponimoryava yerinə yetirəcək.
Azərbaycanlı hakimlər briqadasının işinə rusiyalı hakim-inspektor Yuri Baskakov qiymət verəcək. Oyunun UEA nümayəndəsi qazaxıstanlı Oljas Abrayev olacaq.
