“Benfika”dan “Mençester Yunayted”ə
10.05.2023 , 14:39

“Mançester Yunayted” yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir.
Korner.az xəbər verir ki, klub tezliklə Ramos üçün “Benfika ilədanışıqlara başlayacağı bildirilib.
İngiltərə təmsilçisinin futbolçuya bonuslarla birlikdə 100 milyon funt sterlinq təklif edə biləcəyi gözlənilir.
Bu mövsüm “Benfika”nın heyətində 44 oyun keçirən Q.Ramos 25 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
