“Benfika”dan “Bayer”ə
15.05.2023 , 20:20

“Benfika”nın ulduz futbolçusu Alexandro Qrimaldonun yeni komandası bəlli olub.
Korner.az xəbər verir ki, 27 yaşlı futbolçu bundan sonra “Bayer”də çıxış edəcək.
Portuqaliya klubu ilə müqaviləsi başa çatan müdafiəçi yeni klubu ilə 4 illik müqavilə imzalayıb.
Bazar dəyəri 25 milyon avro olan oyunçu bu mövsüm “Benfika” ilə 31 oyunda 4 qol vurub, 10 məhsuldar ötürmə edib.
