“Benfika” portuqaliyalı yarımmüdafiəçini birdəfəlik alacaq
17.04.2025 , 23:00

“Benfika” PSJ-dən icarəyə götürdüyü Renato Sançeslə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, Portuqaliya klubu oyunçunu komandada saxlamaq istəyir.
Klub rəhbərliyi mövsümün sonunda 27 yaşlı yarımmüdafiəçinin transfer hüquqlarına yiyələnəcək.
Lakin PSJ buna razı olmasa, Lissabon təmsilçisi futbolçunu daha 1 illik icarəyə götürəcək.
