Avropa Liqasının "Fənərbağça" – "Benfika" matçından əvvəl "Benfika" "Fənərbağça"nı "tır" kimi əzər" deyib, "Fənər"in qələbə qazanacağı təqdirdə "sarı-lacivərdli" qalstuk taxacağını vəd edən "Qalatasaray"lı idman şərhçisi Rasim Ozan Kütahyalı yəqin ki, indi çox peşmandı.
Korner.az-ın məlumatına görə, Kütahyalı matçdan sonra "Bəyaz TV"-də yayımlanan verilişə "Fənərbağça"nın atributuyla çıxıb.
Onun boynunda qalstuk deyil, "Fənər"in şərfi olub. Rasim Ozanın oyunla bağlı fikirləri də maraqlı olub: “Yanılmışammış, bu "Fənərbağça" "Benfika"nı Lissabonda ayaqaltı edər".
