"Benfika" "Beşiktaş"ın portuqaliyalı futbolçusu Quareşmanı transfer etmək istəyir.
Korner.az-ın məlumatına görə, futbolçudan razılıq əldə etməsi üçün əlindən gələni edən "Benfika" rəhbərliyi gələn mövsüm ÇL- da çıxış edəcəyi üçün güclü oyunçuları heyətinə qatmaq istəyir. Lakin Rikardonun maaşının yüksək olması transferin baş tutmama ehtimallarını artıran amillərdən biridir.
Qeyd edək ki, daha əvvəl "qara-qartallar" portuqaliya təmsilçisindən Sidnei-i transfer etmişdi.
