Ben Yedderin yeni klubu
02.04.2025 , 10:15

Fransa millisinin sabiq futbolçusu Vissam Ben Yedderin yeni ünvanı məlum olub.
Korner.az xəbər verir ki, 34 yaşlı hücumçu karyerasını İranda davam etdirəcək.
Təcrübəli oyunçu bundan sonra “Sepahan” üçün çalışacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ben Yedder ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
