Ben Arfanın yeni klubu məlum oldu
08.10.2020 , 19:51

Hatem Ben Arfanın yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, “Valyadolid”dən ayrılan 33 yaşlı oyunçu Fransa Liqa-1 təmsilçisi “Bordo”ya keçib. Bu barədə klubun saytı məlumat yayıb. Tərəflər 1+1 illik müqaviləyə qol çəkib.
Ben Arfa bu ilin yanvarından oynadığı “Valyadolid”in heyətində La Liqada 5 matçda meydana çıxıb.
