Ben Arfa: “Arsenal”ı keçə biləcəyimizi…”
08.03.2019 , 17:42

Fransanın “Renn” klubunun futbolçusu Hatem Ben Arfa Avropa Liqasında “Arsenal” ilə oynanılan görüşdən sonra maraqlı açıqlamalar verib.
Qələbəyə inandıqlarını qeyd edən fransız futbolçu növbəti mərhələyə keçə biləcəklərinə müsbət yanaşır.
“Arsenal” ilə görüşün favoriti biz deyildik. Ancaq qələbə qazanaraq özümüzü favoritə çevirdik. Mən “Arsenal”a 3 ya da 4 top vura biləcəyimizə inanırdım. Qələbə hər zaman yaxşı təsir edir.”
Qeyd edək ki, “Renn” ilk görüşdə “Arsenal”ı 3-1 hesabı ilə məğlub edib.
