Bellingem zədələndi
06.11.2023 , 10:40

“Rayo Valyekano” ilə matçda zədələnən “Real”ın futbolçusu Çud Bellingem bu gün həkim müayinəsindən keçəcək.
Korner.az-ın məlumatına görə, ingilis futbolçu çiynindən zədələnib. Onun çərşənbə günü Çempionlar Liqasında “Braqa”ya qarşı oynamaq ehtimalı yüksəkdi.
Lakin son qərarı klubun həkimləri verəcək və bundan sonra onun hansı müddətdə komandaya qoşulacağı bəlli olacaq.
