Belçikalı vinger zədələndi
16.12.2025 , 22:00
“Mançester Siti” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, Premyer Liqa klubunun aparıcı oyunçularından Cerremi Doku zədələnib və bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Bu barədə komandanın baş məşqçisi Pep Qvardiola açıqlama verib.
Belçikalı vingerin sağalması 2025-ci ilin əvvəlinə planlaşdırılır.
Qeyd edək ki, “Mançester Siti” Cerremi Dokunu 2023-cü ilin yayında “Renn”dən heyətinə qatıb. 23 yaşlı futbolçu bu mövsüm 25 rəsmi oyunda iştirak edərək 5 qol vurub və 6 məhsuldar ötürmə ilə fərqlənib.