Rusiyanın “Terek" klubunun futbolçusu Jonathan Legear sərxoş halda qəza törədib.
Korner.az-ın məlumatına görə, belçikalı futbolçu “Porşe” markalı avtobili ilə benzildoldurma məntəqəsinə gedərkən əyləc yerinə qazı basıb. Nəticədə sərxoş futbolçu maşını saxlamaqda çətinlik çəkib və avtomobil marketə daxil olub. Qəzada bir nəfər xəsarət alıb.
Qeyd edək ki, Jonathan Legear 2009-cu ildə də maşını ilə bir evə daxil olmuşdu.
