Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində “Xəzər Lənkəran”ın “Slima” ilə oyununu idarə edəcək baş hakimin adı açıqlanıb.
Korner.az-ın məlumatına görə, iyul ayının 11-i “Fırtınalar meydanı”nda baş tutacaq oyunu belçikalı FİFA referisi Vim Smet idarə edəcək.
Qeyd edək ki, tərəflərin Maltada iyulun 2-də keçiriləcək ilk qarşılaşmasını estoniyalı Eyko Saar idarə edəcək.