Belçika yığmasında baş məşqçi ayrılığı
17.01.2025 , 21:00

Belçika Futbol Federasiyası milli komandanın baş məşqçisi Domeniko Tedesko ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
39 yaşlı italiyalı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Domeniko Tedesko 2023-cü ilin fevralından Belçika yığmasını çalışdırırdı.
