Belçika millisinin yeni baş məşqçisi müəyyənləşdi
24.01.2025 , 19:42

Belçika millisinin yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, komandanın baş məşqçi sükanı Rudi Qarsiyaya tapşırılıb.
Bu barədə Belçika Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
60 yaşlı fransalı mütəxəssis bu vəzifədə Domeniko Tedeskonu əvəzləyib.
