Bu gün "Avro2016" seçmə mərhələsi çərçivəsində Belçika yığması Bosniya-Hersoqovinanı qəbul edəcək.
Korner.az-ın məlumatına görə, qarşılaşma həm də iki "Çelsi"li qapıçı Asmir Beqoviç və Tibo Kurtuanın dueli kimi maraqla gözlənilir.
Qapıçıların güclü olmasına baxmayaraq bu komandalar arasında oynanılan son üç görüşdə hər iki komanda qol vura bilib. Lakin Kurtua bu mövsüm təsnifat mərhələsində ev oyunlarında hələ qapısında qol görməyib.
Bosniyalılar səfər görüşlərində o qədər də uğurlu çıxış etmir. Yığma vətənindən kənarda keçirdiyi son 3 matçda yalnız bir dəfə qələbə qazanıb.
Belçika millisi Bosniyanı məğlub edə bilmir.
